Taekvondoçumuz Fəridə Əzizovanın məşqçisi idmançının Rio olimpiadasındasındakı oyunları barədə açıqlama verib. Taekvondoçumuz Fəridə Əzizovanın məşqçisi idmançının Rio olimpiadasındasındakı oyunları barədə açıqlama verib.

Olimpiadada Fəridəyə qarşı niyə qərəzli olublar? - “3 xalı silinməliydi”

Taekvondoçumuz Fəridə Əzizovanın məşqçisi idmançının Rio olimpiadasındasındakı oyunları barədə açıqlama verib.


AzNews.az-a danışan milli komandanın köməkçi məşqçisi Elnur Amanov F. Əzizovamın doğrudan da hakim qərəzi ilə üzləşdiyini deyib: "Fəridənin bürünc uğrunda mübarizəsində hakim qərəzi var idi. Çünki rəqibi onu tutub vurmuşdu. Buna görə də rəqibin 3 xalı silinməliydi. Lakin niyə belə etdilər mən də bilmirəm".

Qeyd edək ki, Fəridə Əzizova bürünc medal uğrunda mübarizədə məğlub olmasında hakim qərəzliliyini əsas gətirmişdi.

Xatırladaq ki, olimpiya oyunlarında Fəridə Əzizovadan başqa 2 idmançımız da hakim qərəzindən şikayətçi olub. Boksçumuz Sotomayor finalda rəqibindən üstün olsa da, məğlub sayıldığını bildirmişdi. Sərbəst Güləşçimiz Cəbrail Həsənov da yarımfinalda hakimin qərəzli qərarından şikayət etmişdi.

Aygün İLQARQIZI