Avroliqanın "pley-off" mərhələsinin cavab qarşılaşmasında "Qarabağ" və Sloveniya "Göteborq" arasında Bakıda keçiriləcək oyunun biletləri bu gündən satışa çıxarılıb. Avroliqanın "pley-off" mərhələsinin cavab qarşılaşmasında "Qarabağ" və Sloveniya "Göteborq" arasında Bakıda keçiriləcək oyunun biletləri bu gündən satışa çıxarılıb.

“Qarabağ”ın oyunundan qabaq növbəti “qara bazar” - “30 bilet birdən satılır”

Avroliqanın "pley-off" mərhələsinin cavab qarşılaşmasında "Qarabağ" və Sloveniya "Göteborq" arasında Bakıda keçiriləcək oyunun biletləri bu gündən satışa çıxarılıb.


AzNews.az-ın məlumatına görə, biletlər Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır. Oyunu izləmək istəyən azarkeşlər sektorlardan asılı olaraq 1 manat (1-5 və 24-28 nömrəli sektorlar), 2 manat (6-10 və 19-23 nömrəli sektorlar) və 5 manat (11-18 nömrəli sektorlar) ödəməlidir. VİP sektora biletlər 30 manatdır.

Oyuna bilet almaq istəyən azarkeşlərdən biri AzNews.az-a şikayət edib. Şikayətçi bir neçə nəfərin kassadan kütləvi şəkildə bilet aldığını deyib: "Biz bilet almaq üçün kassaya yaxınlaşdıq. Bir neçə nəfər ard-arda 10, 20, 30 bilet alıb getdi. Hamısı da bir-birini tanıyırdı. Biletlər bitəcək. Oyunu izləmək istəyən şəxslər məcbur olub 1 manatlıq bileti "qara bazar"dan 5 manata alacaqlar. Bu, birinci dəfə deyil. Hər oyun qabağı bu qanunsuzluğa yol verirlər".

Məlumat üçün bildirək ki, analoji hadisə "Qarabağ"ın hər oyunundan qabaq yaşanır. Belə ki, kassalardan ucuz alınan biletlər oyuna bir neçə saat qalmış futbol azarkeşlərinə baha satılır.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Göteborq" oyunu saat 20:30-da start götürəcək.

Aygün