Bəzi hallarda hakim səhvləri var idi. Bəzi hallarda hakim səhvləri var idi.

Nazir hakim qərarlarından narazıdır - “Durunda bürünc medala layiq idi“

Bəzi hallarda hakim səhvləri var idi.


Bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında Ri0-2016-da sərbəst güləşçilərimizin qızıl medal qazanmamasına münasibət bildirərkən deyib.

A.Rəhimov güləşçi Toğrul Əsgərovun olimpiadaya tam hazır olduğunu deyib: "Lakin biz onunla görüşəndə sifətində böyük şiş gördük. Səbəbini soruşanda final görüşündə ilk andan rəqib idmançı ilə toqquşduğunu dedi. Rusiyalı Soslan Ramonov ya qəsdən, ya da təsadüfən başla hərəkət edərək olimpiya çempionumuz Toğrulu ciddi zədələyib. Toğrul gözlərinin qaraldığını, görmədiyini dedi. Nəticədə 0:11 hesabl ilə məğlub oldu. Belə məğlubiyyət idmançımıza yaraşmır, amma bunun səbəbi özü ilə görüşəndən sonra məlum oldu. Elə hərəkət də idmançıya yaraşmır. Bu cür qeyri-idman hərəkətləri, davranışları bizi sevindirmir".

Nazir Azərbaycanı bədii gimnastika yarışlarında təmsil edən Marina Durundanın çıxışına da münasibət bildirib: "Digər ölkələrin federasiyalarının, Milli Olimpiya komitələrinin prezidentləri mənə Marina Durundanın həqiqətən də çox gözəl çıxış etdiyini, qızıl medal olmasa da, bürünc medala layiq olduğunu dedilər. Amma əfsuslar olsun ki, bəzən hakimlərin qərarı idmanın təmizliyinə, ədalətli yanaşmaya əsaslanmırdı".


Trend.az