Xəbər verdiyimiz kimi Rio Yay Olimpiya Oyunlarında iştirak edən idmançılarımız bu gün vətənə qayıdırlar. Xəbər verdiyimiz kimi Rio Yay Olimpiya Oyunlarında iştirak edən idmançılarımız bu gün vətənə qayıdırlar.

Olimpiyaçılarımız hərbi musiqiylə qarşılanacaq

Xəbər verdiyimiz kimi Rio Yay Olimpiya Oyunlarında iştirak edən idmançılarımız bu gün vətənə qayıdırlar.


AzNews.az-ın məlumatına görə, idmançılarımız hərbi musiqi sədaları altında qarşılanacaqlar. Belə ki, qarşılanma mərasimində şən musiqilər olmayacaq. Səbəb isə bu gün Cəbrayıl və Füzuli rayonlarının işğalının 23-cü ildönümünün olmasıdır.

Xatırladaq ki, nümayəndə heyətinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enişi yubanıb. Saat 18:20-yə paytaxta çatacaq təyyarə Rio-de-Janeyro aeroportunda sıxlıq olduğundan Bakıya 22:20-də enəcək.

Aygün