Avqustun 27-də Gürcüstanda Fight Nights-ın təşkilatçılığı ilə "Yay kuboku" adlı möhtəşəm MMA idman növündə yarışlar keçiriləcək. Yarışda bir neçə ölkənin idmançıları ilə yanaşı, Ermənistan və Gürcüstanın ən peşəkar idmançıları da öz güclərini sınayacaqlar. Avqustun 27-də Gürcüstanda Fight Nights-ın təşkilatçılığı ilə "Yay kuboku" adlı möhtəşəm MMA idman növündə yarışlar keçiriləcək. Yarışda bir neçə ölkənin idmançıları ilə yanaşı, Ermənistan və Gürcüstanın ən peşəkar idmançıları da öz güclərini sınayacaqlar.

Ən güclü azərbaycanlı və erməni döyüşçü qarşılaşacaq

Avqustun 27-də Gürcüstanda Fight Nights-ın təşkilatçılığı ilə "Yay kuboku" adlı möhtəşəm MMA idman növündə yarışlar keçiriləcək. Yarışda bir neçə ölkənin idmançıları ilə yanaşı, Ermənistan və Gürcüstanın ən peşəkar idmançıları da öz güclərini sınayacaqlar.


AzNews.az Sputnik.az-a istinadən xəbər verir ki, yarışla bağlı açıqlama verən Azərbaycan Fight Club Federasiyasının prezidenti Şəhriyar Abbasov, bununla bağlı onlara dəvət gəlmədiyini deyib: "Biz həmin yarışda iştirak etməyəcəyik. Amma həmin təşkilatın dəstəyi ilə Azərbaycanda ilin sonuna kimi "Fight nigth" ın yarışı keçiriləcək".

Onun sözlərinə görə, oktyabrın 1-də Rusiyanın Sank-Peterburq şəhərində təşkil olunacaq yarışda Bəxtiyar Abbasov döyüşəcək. Moskvada 8 oktyabrda keçiriləcək növbəti belə yarışda isə idmançımız Elmar İbrahimov öz qüvvəsini sınayacaq.

"Biz çalışırıq ki, noyabr-dekabr ayında möhtəşəm finallar Azərbaycanda keçirilsin. Ən güclü idmançılarımızdan olan Nəriman Abbasov həmin yarışda çempionluq kəməri uğrunda mübarizə aparacaq" - Federasiya prezidenti bildirib.

Ş. Abbasov Azərbaycanda keçiriləcək yarışda ermənilərin iştirak etməyəcəyini dilə gətirib: "Ermənilərin Bakıya gəlməsi qeyri-mümkündür. Hətta nəinki idmançı, heç hakimin də gəlib döyüşlərə qatılmasına bir klubun rəhbəri olaraq imkan vermərəm".

O, maraqli açıqlama da verib: "Gələcəkdə nəzərdə tutulub ki, erməni idmançı David Xaçatriyan ilə azərbaycanlı Nəriman Abbasov arasında döyüş olsun. Onlar MMA-da ən güclü idmançılar olduqlarından, bütün dünya arenaları üçün maraq dairəsindədirlər. Bu baxımdan gec-tez iki idmançı görüşməli olacaq".