19:50
(077) 610-22-33

Prezident dünya çempionu olan dostunu təbrik etdi - VİDEO

  • >
7 918 24 Avqust 2016 13:47 | İdman

Azərbaycanlı k-1 ustası, döyüşçü Zabit Səmədovun dünya çempionu olmasına Çeçenistan lideri Ramzan Kadırov münasibət bildirib.


AzNews.az xəbər verir ki, prezident dostu Zabit Səmədovun qələbəsinə sevinib və WBC Muay Thai versiyası üzrə rumıniyalı döyüşçü Katalin Moroşanunla olan döyüşünün videosunu sosial şəbəkədə paylaşıb. O, Zabit Səmədova qələbə münasibəti ilə təbrik ünvanlayıb:
"Qardaşım Zabit Səmədov WBC Muathai versiyası üzrə dünya çempionu oldu. O, Katalin Moroşanunu nokautla görüşün ikinci dəqiqəsində məğlub etdi. Döyüş Qroznının "Kolizey" İdman Sarayında baş tutdu. Döyüş peşəkar kikboksinq üzrə beynəlxalq turnir çərçivəsində, Çeçenistanın birinci prezidenti, Rusiya Qəhrəmanı Əhməd Hacı-Kadırovun 65 illiyinə həsr olunub. Çeçenistanın "Əhməd" kikboksinq klubunun prezidenti olan Zabit döyüşçülərə çox yaxşı örnək göstərib".



Aygün
Bağla X