16:07
(077) 610-22-33

“Nizami Paşayevi dopinqə salıb, aradan götürdülər” - Baş məşqçi

  • >
7 930 25 Avqust 2016 12:26 | İdman

Azərbaycanın ağırlıqqaldırma üzrə ikiqat dünya və Avropa çempionu Nizami Paşayev olimpiadada (2008-ci il) dopinq-testdən keçə bilmədiyinə dair Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi açıqlamasına münasibət bildirərkən Vahid Nəzərovu günahlandırıb.



N.Paşayev V.Nəzərovun keçmiş baş məşqçi Əfsət Əfsətova "torba tikdiyini", beləliklə də həmin posta özünün gəldiyini deyib.

Milli komandanın sabiq baş məşqçisi, SSRİ idman ustası, olimpiya dərəcəli hakim Vahid Nəzərov Nizami Paşayevin ittihamları ilə bağlı AzNews.az-a danışıb:

"2006-cı ildə Nizami Paşayev Polşadakı Avropa çempionatında dopinqə düşərkən baş məşqçi mən deyildim. Bundan əlavə Nizami Paşayev Pekin olimpiya oyunlarına hazırlaşanda mənim komandamda olmayıb. Çünki o, həmin vaxt cəzalı idi. Nizaminin özü tək hazırlaşırdı. Mənim ixtiyarım yox idi, onu komandanın tərkibinə qaytarım. Beynəlxalq federasiya tərəfindən cəzalanmışdı.

Mən sizə sübutlarla danışıram. Paşayev dopinqə düşəndə baş məşqçi Əfsət Əfsətov idi. Paşayev 2006-cı ildə dopinqə düşdü və 2 il cəzalandı.

2008-ci ilin iyul ayına qədər cəzası davam edirdi. 20 gün qalmış isə mən onu komandaya qəbul etdim, olimpiya oyunlarına apardıq. Olimpiya oyunlarına aparılmamışdan qabaq Gənclər və İdman Nazirliyi onu qadağan olunmuş dərmanlardan istifadə edib-etməməsini yoxlamışdı. Bu zaman da o təmiz çıxmışdı. Eyni zamanda da pekin olimpiadasında da yoxlanılmışdı, təmiz idi. Yenə deyirəm o zaman da onu mən hazırlamamışdım, 20 gün qalmış komandanın tərkibinə qatılmışdı".

Olimpiya dərəcəli hakim 2 qat dünya çempionunun onu "torba tikmək"də günahlandırmasına da münasibət bildirib:

"Mən bu barədə Nizami Paşayevə zəng edib soruşdum ki, mənim haqda niyə belə demisən? O zaman Nizami Paşayev and içdi ki, "balalarımın canı üçün mən o sözü deməmişəm. O deyir "mən sadəcə bildirmişəm ki, bununla əlaqədar Vahid Nəzərovdan soruşun. O millinin o vaxt baş məşqçisi idi. Vahid Müəllim bu barədə sizə məlumat verər. Mən deməmişəm ki, Nəzərov Əfsət Əfsətova "torba tikib"".

Bunu həmişə demişəm, dopinqi, qayda-qanun pozuntularını legionerlər gətirir. Bizdə 2010-cu ilə qədər nə dopinq məsələsi var idi, nə də başqa pozuntular. Öz axarı ilə gedirdi. Balgarlar gətiriləndən sonra bu problemlər yarandı. Nizami Azərbaycanın tarixidir. Gənclərdə 2 qat dünya çempionudur. Böyüklər arasında da 2 dəfə dünya çempionu olub. Hafiz Suleymanov da Azərbaycanın tarixidir. İlk dünya çempionudur. Amma o Sovet vaxtı olub. Müstəqillik dövründə Nizami Paşayevdir.

Polşada onu elə polşalılar dopinqə salmışdı. Bu yolla onlar Nizmaini mədəni sürətdə "aradan götürdülər".

O zaman Nizamidən soruşmuşdum ki, niyə dopinqə düşdün, bu nə məsələdir. O zaman demişdi ki polşalıların işidir. Çünki öz idmançıları Kolecki lider oldu. Hazırda o ölkələrində federasiyanın prezidentidir.

Nizami mədəni, qanacaqlı oğlandır. O sözü deyibsə, boyunudan atmaz, deyər söyləmişəm".

Aygün İlqarqızı
Bağla X