07:25
(077) 610-22-33

ÇL: Qrup mərhələsinin püşkü atılır

  • >
2 283 25 Avqust 2016 13:03 | İdman

Dünən baş tutan 5 oyundan sonra Çempionlar Liqasının pley-off mərhələsi də bitib. Buisə o deməkdir ki, artıq qrup mərhələsinə vəsiqə qazanan bütün komandaların adları məlumdur.


AzNews.az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 20:00-da Monakoda Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılacaq. Tədbirdə Avropanın ən güclü 32 komandası çıxış edəcək. Bu komandalar hərəsində 4 klub olmaqla 8 qrupa bölünəcək. 32 iştirakçıdan 22-si birbaşa, 10-u isə pley-offdan qrupa yüksəlib. Artıq bu komandalar 4 səbətə ayrılıb.

Çempionlar Liqası. Qrup mərhələsi

I səbət
Real (İspaniya), Barselona (İspaniya), Lester (İngiltərə), Bavariya (Almaniya), Yuventus (İtaliya), Benfika (Portuqaliya), PSJ (Fransa), MOİK (Rusiya).

II səbət
Atletiko (İspaniya), Borussiya D (Almaniya), Arsenal (İngiltərə), Mançester Siti (İngiltərə), Sevilya (İspaniya), Porto (Portuqaliya), Napoli (İtaliya), Bayer (Almaniya)

III səbət
Bazel (İsveçrə), Tottenhem (İngiltərə), Dinamo (Ukrayna), Lion (Fransa), PSV (Hollandiya), Sportinq (Portuqaliya), Brügge (Belçika), Borussiya M (Almaniya)

IV səbət
Seltik (Şotlandiya), Monako (Fransa), Beşiktaş (Türkiyə), Legiya (Polşa), Dinamo (Xorvatiya), Ludoqorets (Bolqarıstan), Kopenhagen (Danimarka), Rostov (Rusiya).

Qrup mərhələsinə sentyabrın 13-14-də start veriləcək.

Aygün
Bağla X