Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, 2 qat dünya çempionu Hacı Məmmədov hazırda tətildə olduqlarını, məşqlərin 10 günə başlayacağını deyib. Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, 2 qat dünya çempionu Hacı Məmmədov hazırda tətildə olduqlarını, məşqlərin 10 günə başlayacağını deyib.

Olimpiya mükafatçısı: “Ailəmizin üzünə həsrət qalmışdıq”

Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, 2 qat dünya çempionu Hacı Məmmədov hazırda tətildə olduqlarını, məşqlərin 10 günə başlayacağını deyib.


H.Əliyev AzNews.az-a danışarkən hazırlıqlar zamanı ailəsinin üzünə həsrət qaldığını da bildirib: "Təbii ki, mən də komanda yoldaşlarım kimi Rioya qızıl medal üçün getmişdim. Çempion olmaq uğrunda çalışırdım. Amma "bürünc" də pis deyil. Çünki olimpiadanın hər bir medalı digər beynəlxalq turnirlərin qızıl medalına bərabərdir. İki dəfə dünya çempionu olmuşam. Olimpiada üçüncüsü olmağımı da həmin nəticələrə bərabər tuturam. Ümumilikdə bütün görüşlərim çətin keçdi. Yarımfinalda uduzmağıma səbəb isə çəkimi aşağı salmağım idi. Çünki mən 61 kq çəki dərəcəsində güləşirəm. Amma Rioda 4 kiloqram aşağı çəkidə güləşməli oldum. İlk dəfə idi bu qədər çəki salırdım. Gürcüstanlı idmançıya qalib gələ bilərdim, amma, səhvim də oldu, buna görə uduzdum. Qazanılan 18 medal çox böyük nailiyyətdir. Bu qələbə bütün idmançılarımızın uğurudur, tarixi uğura imza atdıq. Vurğulamaq istəyirəm ki, bizim üzərimizdə məşqçilərimizin əziyyəti böyükdür. Təlim-məşqlər vaxtı heç ailəmizin üzünü belə görmürdük. Əziyyət çəkirdik, bəhrəsini də gördük".

Xatırladaq ki, Hacı Əliyev "Rio-2016"da ilk görüşündə cənubi koreyalı Junsik Yunu məğlub edib. Dörddə-bir finalda gürcüstanlı Vladimir Xinceqaşviliyə uduzan azərbaycanlı pəhləvan bürünc medal uğrunda mübarizədə qazaxıstanlı Nurislam Sanayevə və bolqarıstanlı Vladimir Dubova qalib gəlib.

Aygün İlqarqızı
AzNews.az