12:32
(077) 610-22-33

Sotomayor ümidləri doğrultmadı - Qonorarı yarıbayarı azaldıldı

  • >
5 988 29 Avqust 2016 11:21 | İdman

Karyerasını başa vurmaq qərarına gələn olimpiya oyunlarının gümüş medalçısı, milliləşdirilmiş boksçumuz Lorenzo Sotomayorun Azərbaycana gətirilmə səbəbi bəlli olub.


AzNews.az-ın əldə etdiyi məlumata görə, Sotomayor ölkəmizə olimpiya oyunlarında qızıl medal qazandırmaq üçün gətirilibmiş. Onun milliləşdirilməsi üçün isə təxminən 400 min manat ödənilib. Məlumatda bildirilir ki, 31 yaşlı boksçu Azərbaycandan təklif gəldiyi üçün karyerasını daha 2 il müddətinə uzadıb. Federasiya ilə Sotomayor arasında əldə olunan anlaşmaya görə, o, olimpiadanın qızıl medalını qazanacağı təqdirdə aylıq maaşından və dövlət tərəfindən ayrılan puldan əlavə məvacib almalı idi. Ancaq Sotomayor gümüş medal qazandığı üçün anlaşmada qeyd olunan qonorarın 50 faizini alıb. Buna baxmayaraq o, dövlət tərəfindən ayrılan 200 min manatı əldə edə biləcək.

Qeyd edək ki, 4 idmançımız milli komandadakı karyerasını başa vurmaq qərarına gəlib. Karyerasını bitirən idmançılar Avropa Oyunlarının qalibləri Abdulqadir Abdullayev və Albert Səlimov, həmin yarışın çempionu və Rio-2016-nın gümüş medalçısı 31 yaşlı Lorenzo Sotomayor, ikiqat dünya çempionu, həmçinin London-2012-nin və Bakı-2015-in bürünc medalçısı 30 yaşlı Məhəmmədrəsul Məcidovdur.
Xatırladaq ki, 31-ci Yay Olimpiya Oyunlarında I yeri tutan idmançılar 400 min, məşqçiləri isə 200 min manat alacaq. İkinci yeri tutan hər bir idmançıya 200 min, məşqçisinə 100 min, üçüncü yeri tutanlara 100 min, məşqçilərinə isə 50 min manat mükafat ayrılıb.

Aygün İLQARQIZI
Bağla X