Azərbaycan, Ukrayna və Qazaxıstandan olan bir neçə güləşçinin Pekin-2008 və London-2012 Olimpiya oyunlarında qazandığı medallar geri alına bilər. Azərbaycan, Ukrayna və Qazaxıstandan olan bir neçə güləşçinin Pekin-2008 və London-2012 Olimpiya oyunlarında qazandığı medallar geri alına bilər.

Güləşçilərimizin olimpiya medalları alına bilər - Dopinqə görə

Azərbaycan, Ukrayna və Qazaxıstandan olan bir neçə güləşçinin Pekin-2008 və London-2012 Olimpiya oyunlarında qazandığı medallar geri alına bilər.


AzNews.az "FloWrestling"ə istinadən xəbər verir ki, qəti qərar Yay Olimpiya oyunları ilə bağlı dopinq-test yoxlanışlarından sonra veriləcək.

İdmançıların adları hələlik açıqlanmayıb.

Xatırladaq ki, 2008-ci ildə olimpiya oyunlarında ölkəmizi 12 güləşçi təmsil edib. Güləşçilərimiz həmin olimpiadadan 4 medalla qayıdıblar. Yunan-Roma güləşində Vitali Rəhimov (60 kq) və Rövşən Bayramov (55kq) (hər ikisi gümüş), qadınların güləşində Mariya Stadnik (-48 kq, gümüş), Sərbəst güləşdə isə Xetaq Qazyumov (96 kq-da bürünc) medallar qazanıblar.

2012-ci il Olimpiadasında isə millimizin aktivinə 2 qızıl medalı elə güləşçilərimiz qazandırıb. Sərbəst güləşçilərdən Toğrul Əsgərov (60 kq) və Şərif Şərifov (84 kq) qızıl medal əldə etmişdilər. Yunan-Roma güləşi üzrə yarışlarda yığmamızın 2 üzvü Rövşən Bayramov (55 kq) ikinci, Emin əhmədov (74 kq) üçüncü yeri tutmuşdular. Bununla komandamız London-2012-də yunan-Roma güləşi üzrə yarışlarda 5-ci pillədə qərarlamışdı.

Qadın güləşi üzrə yarışlarda isə Mariya Stadnik (48 kq) gümüş, Yuliya Ratkeviç (55 kq) bürünc medala sahib çıxıb.

Aygün