01:13
(077) 610-22-33

Nazirlikdən idmançılarımızın medallarının alınması məsələsinə - Reaksiya

  • >
2 423 30 Avqust 2016 16:01 | İdman

Gənclər və İdman Nazirliyi güləşçilərimizin Pekin-2008 və London-2012 Olimpiya oyunlarında qazandığı medalların geri alınması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.


Qurumun mətbuat xidmərinin rəhbəri Samaya Məmmədova AzNews.az-a açıqlamasında bildirib ki, bununla bağlı nazirliyə hər hansı məlumat daxil olmayıb: "Hələki Gənclər və İdman Nazirliyinə istər Beynəlxalq Antidopinq Konvensiyası, istərsə də Beynəlxalq Güləş Federasiyası tərəfindən heç bir rəsmi müraciət və ya siyahı daxil olmayıb. Nazirliyə heç bir məlumat daxil olmadığı üçün də bir şey deyə bilməyəcəyik".

Qeyd edək ki, Azərbaycan, Ukrayna və Qazaxıstandan olan bir neçə güləşçinin Pekin-2008 və London-2012 Olimpiya oyunlarında qazandığı medallar geri alına bilər. Qəti qərar Yay Olimpiya oyunları ilə bağlı dopinq-test yoxlanışlarından sonra veriləcək. İdmançıların adları isə hələlik açıqlanmayıb.

Aygün
Bağla X