20:07
(077) 610-22-33

Futbol üzrə yığmanın hədəfləri açıqlandı

  • >
281 3 Dekabr 2012 10:23 | İdman

Yığmaya hazırlıqlarla bağlı xeyli sayda mütəxəssis cəlb olunub


Azərbaycanın futbol üzrə yığma komandası "Avro 2016"-nın final mərhələsinə düşməyi qarşısına hədəf qoyub. AzNews.az-ın məlumatına görə, bunu jurnalistlərə AFFA-nın prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, yığmaya hazırlıqlarla bağlı xeyli sayda mütəxəssis cəlb olunub.

"Biz yığmaya xeyli sayda gənc futbolçu cəlb etməliyik ki, Fransada keçiriləcək Avropa çempionatının seçmə mərhələsində iştirak etsinlər", - o deyib.
Abdullayev qeyd edib ki, növbəti Avropa çempionatının final mərhələsində 24 komandanın iştirak edəcək, bu da Azərbaycana həmin turnirə düşmək üçün əlavə şans verir.

2012-ci il dünya çempionatının seçmə mərhələsində sonuncu görüşlə bağlı fikirlərini bölüşən Abdullayev qeyd edib ki, Azərbaycan yığması Şimali İrlandiya ilə görüşdə gözəl oyun nümayiş etdirdi. "Biz bir neçə dəfə bu yığma ilə qarşılaşıb uduzmuşduq, bu dəfə isə heç-heçəyə nail olduq. Lakin bu heç-heçə də bizi məyus etdi, çünki qalib gələ bilərdik", - o deyib.

Vasif Həsənli
AzNews.az
Bağla X