06:01
(077) 610-22-33

Rövnəq Abdullayev: “Gözəl oynadıq, amma sonda məyus olduq”

  • >
476 3 Dekabr 2012 15:50 | İdman

"Azərbaycanın futbol üzrə yığma komandası 2016-cı il Avropa çempionatının final mərhələsinə düşməyi qarşısına hədəf qoyub". AFFA-nın prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında belə deyib.

O, bildirib ki, məqsədə çatmaq üçün yığmaya xeyli sayda gənc futbolçu cəlb edilməlidir. Abdullayevin sözlərinə görə, növbəti Avropa çempionatının final mərhələsində 24 komanda iştirak edəcəyindən, Azərbaycana həmin turnirə düşmək üçün əlavə şans verir.

AFFA prezidenti millimizin 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində Şimali İrlandiya ilə səfər oyununu da dəyərləndirib. Onun fikrincə, yığmamız bu görüşdə gözəl oyun sərgiləyib: "Biz, bir neçə dəfə bu yığma ilə qarşılaşıb uduzmuşduq, bu dəfə isə 1:1 hesablı heç-heçəyə nail olduq. Lakin bu heç-heçə də bizi məyus etdi, çünki qalib gələ bilərdik".

AzNews.az
Bağla X