Hadisə ilə əlaqədar 15-16 yaşlı 3 futbolçu həbs edilib Hadisə ilə əlaqədar 15-16 yaşlı 3 futbolçu həbs edilib

Futbolçular hakimi döyərək öldürdü - FACİƏ - FOTO

Hadisə ilə əlaqədar 15-16 yaşlı 3 futbolçu həbs edilib



Niderlandda futbol matçı zamanı "Noyv Sloten" komandasının üzvlərinin döydüyü hakim xəstəxanada ölüb. AzNews.az "Associated Press"ə istinadən xəbər verir ki, hadisə dekabrın 2-də baş versə də, məlumat bu gün yayılıb.

41 yaşlı Riçard Noyvexuyzen yarış zamanı yan xətt hakimi olub. Ancaq hakimin fəaliyyəti "Noyv Sloten" komandasının oyunçularının xoşuna gəlməyib və onlar hakimi döyməyə başlayıblar. Xəstəxanaya aparılan hakim bir neçə saat sonra dünyasını dəyişib.

Polisdən verilən məlumata görə, hadisə ilə əlaqədar 15-16 yaşlı 3 futbolçu həbs edilib. Bununla belə hüquq-mühafizə orqanları hadisədə təqsirləndirilənlərin sayının artacağını istisna etmirlər. Olaydan sonra "Noyv Sloten" komandası yarışdan çıxarılıb. 42 matç isə ümumiyyətlə təxirə salınıb.

Elnarə Əlosmanqızı
AzNews.az
image description