Baş hakim haqsız çıxdı Baş hakim haqsız çıxdı

“Neftçi” cərimələndi

Baş hakim haqsız çıxdı



Futbol üzrə Topaz Premyer Liqasında daha bir hakim səhvi aşkarlanıb. Lent.az xəbər verir ki, növbəti yanlış qərar XV turun "Xəzər Lənkəran" – AZAL matçının 34-cü dəqiqəsinə təsadüf edib.

Meydan sahiblərinin futbolçusu Adrian Pitə simulyasiyaya görə göstərilmiş sarı vərəqə epizodunda referi Rəhim Həsənovun epizodu düzgün qiymətləndirmədiyi üzə çıxıb. Bu səbəbdən, AFFA İntizam Komitəsi Pitə göstərilən sarı vərəqəni ləğv edib. Turun digər oyunlarına gəldikdə, "Qarabağ"la matçda "Neftçi"nin 5 futbolçusu sarı vərəqə alıb. Bu səbəbdən, flaqman 1000 manat cərimələnib. 30-cu dəqiqədə "Neftçi" azarkeşləri tərəfindən meydançaya pirotexniki vasitə atıldığı üçün kluba daha 2000 manat cərimə kəsilib. "Qəbələ" ilə görüşdə 6 futbolçusu sarı vərəqə alan "Bakı" da 1000 manat ziyana düşüb.

XIV turda isə "Qarabağ"la görüş zamanı "Turan"ın 5 futbolçusu sarı vərəqə alıb. Buna görə də Tovuz klubu 1000 manat cərimələnib. "Turan"ın qapıçısı Andrey Popoviç isə Azərbaycan kubokunun 1/8 finalında "Xəzər Lənkəran"la matçın 90+3-cü dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Popoviç 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb. Oyunun 116-cı dəqiqəsində "Xəzər Lənkəran"ın futbolçusu Elnur Abdullayev komanda yoldaşı Kamal Bayramovu təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. O, 3 oyunluq cəzalanıb, klub 2000 manat cərimələnib.

AzNews.az