00:42
(077) 610-22-33

İrəvanda Azərbaycan bayrağı qaldırılacaq

  • >
530 4 Dekabr 2012 14:40 | İdman

Ermənistanın paytaxtı İrəvanda gənclər arasında keçirilən boks üzrə dünya çempionatında dəfə Azərbaycan bayrağı yüksələcək. Lent.az-ın məlumatına görə, 64 kq çəki dərəcəsində yarışan Pərviz Bağırov yarımfinala yüksəlməklə mükafatçılar sırasında yerini təmin edib. Bağırov ¼ finalda litvalı Eymantas Stanionisi üstələyib. İlk raunddan üstünlüyü ələ alan təmsilçisimiz əvvəlcə 3:1, sonra 5:4, həlledici raundda isə 5:2 hesabı ilə qalib gələrək, yekunda 13:7 hesablı qələbə çalıb.

Bu qələbə sayəsində boksçumuz ən azı bürünc medala sahib olub. O, dekabrın 6-da keçiriləcək yarımfinal görüşündə qvatemalalı rəqibi Lester Normandi Martines Tutu da yensə, finala yüksələcək və dünya çempionluğunun bir addımlığında olacaq. Lakin bu, hələ son deyil. Bakı vaxtı ilə saat 15:30-da 75 kq çəkidəki boksçumuz Orxan Mayıllı qazaxıstanlı Daulet Bayqabatova, saat 15:45-də isə 91 kq-da yer alan Rahil Məmmədli ingiltərəli Daniel Uilyamsa qalib gəlsə, ölkəmizin aktivinə növbəti medallar yazılacaq.

AzNews.az
Bağla X