Yığmamızın rəqibləri müəyyənləşdi

İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

AzNews.az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, mübarizəyə əsas seçmə mərhələdə başlayacaq millimiz, püşkün nəticəsinə əsasən, 2-ci qrupda Slovakiya, Bosniya və Herseqovina yığmaları, həmçinin ilkin seçmə mərhələnin F qrupunun qalibi ilə qarşılaşacaq.

İlkin seçmə mərhələnin F qrupunda Albaniya, Norveç, İsveçrə və Danimarka yığmaları mübarizə aparacaq. Millimizin yer aldığı 2-ci qrupun oyunları 2013-cü il martın 27-dən 30-dək Slovakiyada keçiriləcək.

AzNews.az