Mütəxəsis Berti Foqtsa cavab verdi Mütəxəsis Berti Foqtsa cavab verdi

Böyükağa Hacıyev Foqtsu duelə çağırdı

Mütəxəsis Berti Foqtsa cavab verdi



"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun fikirlərinə münasibət bildirib.Hacıyev Foqtsu duelə çağırıb:"Biz məşqçilər Berti Foqtsun işinə qarışmırıq.

Amma o, hər dəfə klublardakı işi tənqid edir. Biz hamımız yığmanın uğurları üçün çalışırıq. Əgər "Neftçi" yalnız 30-35 dəqiqə futbol oynayırsa, onda qoy Foqts da öz komandasının nə qədər futbol oynadığını desin. Qoy "Neftçi"nin yığmayla oyununu təşkl etsinlər. Elə hesab edin ki, Foqtsu duelə çağırıram və ondan cavab gözləyirəm".

Qeyd edək ki, Foqts bir neçə gün öncə baş tutan "Neftçi" – "Qarabağ" görüşündə yalnız ilk 30-35 dəqiqə normal futbol izlədiyini dilə gətirmişdi.

AzNews.az