Əmrəyə 2 ilədək həbs

Türkiyə milli komandasının və İspaniyanın "Atletiko" klubunun futbolçusu Əmrə Belözoğluna qarşı cinayət işi açılıb.

Lent.az-ın məlumatına görə, səbəb təcrübəli yarımmüdafiəçinin ötən mövsüm Superliqa matçında "Trabzonspor"un oyunçusu Didye Zokoranı irqçi ifadələrlə təhqir etməsi olub. Dövlət ittihamçısı Əmrəyə 6 aydan 2 ilədək həbs cəzası verilməsini istəyib.

AzNews.az