20:29
(077) 610-22-33

"Neftçi" Milanda yeni tarix yazdı - 2: 2 - YENİLƏNİB

  • >
1 310 7 Dekabr 2012 00:56 | İdman

Bu gün Avropa Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulacaq. Qitənən ikinci dərəcəli klub turnirdə yeganə Azərbaycan təmsilçisi olan "Neftçi" son matçına çıxacaq. Böyükağa Hacıyevin komandası səfərdə İtaliya "İnter"i ilə münasibətlərinə aydınlıq gətirəcək.

"İnter" üçün formal xarkter daşıyan görüşdə "ağ-qaralar" qalib gələcəyi halda Avroliqayla 3-cü pillədə vidalaşacaq. Ancaq Milan təmsilçisinin buna nə dərəcədə imkan verəcəyi maraqla gözlənilir.

"Neftçi" qrup mərhələsi çərçivəsindəki ilk və tarixi oyununda Serbiya "Partizan"ı ilə görüşdü. "Ağ-qaralar" səfərdə oynasa da, qənaətbəxş nəticə qazanmağı bacardı - 0:0. Lakin paytaxt klubu bu uğurun davamını sonrakı görüşlərdə gətirə bilmədi.

Qrup mərhələsi çərçivəsindəki Bakıdakı ilk matçını məhz Milan "İnter"inə qarşı keçirən "Neftçi" həmin görüşdə 3:1 hesabıyla uduzdu. Ardından Rusiya "Rubin"i ilə həm ev, həm də səfər oyunlarında minimal hesablı məğlubiyyət qeydə alındı.

Təəssüf ki, Bakıda "Partizan" üzərində qələbə arzularımız da reallaşmadı - 1:1.

Avropa Liqası VI tur

H qrupu

6 dekabr

"İnter" (İtaliya) - "Neftçi" -2:2 (oyun bitdi)

Qol: Marko Livaya, 9
Baş hakim: Emir Aleçkoviç.
Baş hakimin köməkçiləri: Dalibor Draskovic, Hrvoje Turudiç
Dördüncü hakim: Senad Ibrisimbegoviç
Baş hakimin əlavə köməkçiləri: Elmir Pilav, Ognjen Valjiç (hamısı Bosniya və Herseqovina).
UEFA nümayəndəsi: Jozef Kliment (Slovakiya).
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan).

"İnter": Vied Belets, Valter Samuel, Alvaro Pereyra, Conatan, Esteban Kambiyasso, Marko Benasi, Simone Paza, Andrea Romano, Luka Qarritano, Koutinyo, Marko Livaya.

Ehtiyat oyunçular: Luka Kastellatsi, Andrea Bandini, İsaak Donkor, Yuto Naqatomo, Nikkolo Belloni, Covanni Terrani, Antonio Kassano.

"Neftçi": Saşa Stamenkoviç, Tərlan Quliyev, İqor Mitreski, Brunu Bertuççi, Mahir Şükürov, Rəşad Sadiqov, Flavinyo, Julius Vobay, Erik Ramos, Cavid İmamverdiyev, Nikolas Kanales.

Ehtiyat oyunçular: Emil Balayev, Elvin Yunuszadə, Araz Abdullayev, Mirhüseyn Seyidov, Bahadır Nəsimov, Kamil Nurəhmədov, Emin Mehdiyev.

AzNews.az
Bağla X