04:42
(077) 610-22-33

İsmət Abasov postunda qaldı

  • >
1 146 7 Dekabr 2012 14:59 | İdman

Nazir yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçildi


Bu gün Azərbaycan Stolüstü Tennis Federasiyasının 2009-2012-ci illər ərzində fəaliyyətinin yekunları haqqında VI seçki-hesabat konfransı keçirilib.

Federasiyadan AzNews.az-a verilən məlumata görə, konfransda iştirakçıların tərkibi və səlahiyyətlərinin müəyyən edilməsi üçün Mandat komissiyası və qərar layihəsinin hazırlanması üçün redaksiya heyəti seçilib.

Giriş sözü ilə konfransı açan kənd təsərrüfatı naziri İsmət Abasov qeyd edib ki, Olimpiya Oyunları içərisində populyarlığı ilə seçilən idman növlərindən biri də stolüstü tennisdir. Ölkəmizdə tarixi ənənələrə malik olan bu idman növü hazırda kifayət qədər kütləviliyi ilə seçilməsə də, stolüstü tennisə maraq az deyil. Gənclərin stolüstü tennisə olan marağını və həvəsini artırmaq üçün federasiya tərəfindən davamlı olaraq silsilə tədbirlər həyata keçirilir. Bu gün yığma komandamızın üzvləri həm respublikadaxili, həm də dünya və Avropa çempionatlarında iştirak edirlər.

Nazir bu gün yığma komandamızın maddi-texniki bazasının möhkəmləndirildiyini, onun üzvlərinin bütün lazimı ləvazimatlarla, idman geyimləri ilə tam təmin olunduğunu və daimi təlim-məşq prosesləri üçün Tibb Universitetinin idman zalının onların istifadəsinə verildiyini söyləyib.
Sonra federasiyanın baş katibi İbrahim Əfəndiyevin hesabatı dinlənilib.

Sonda konfransda nazir İsmət Abasov yeni müddətə - 2013-2016-cı illər üçün yekdilliklə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib.
Konfransda gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da iştirak edib.

AzNews.az
Bağla X