Qərb Universitetinin tələbəsi İlkin Mustafayev Muay Tay idman növü üzrə ikinci yerə çıxaraq gümüş medal qazanıb. Qərb Universitetinin tələbəsi İlkin Mustafayev Muay Tay idman növü üzrə ikinci yerə çıxaraq gümüş medal qazanıb.

Qərb Universitetinin tələbəsi gümüş medal qazandı

Qərb Universitetinin tələbəsi İlkin Mustafayev Muay Tay idman növü üzrə ikinci yerə çıxaraq gümüş medal qazanıb.


AzNews.az xəbər verir ki, Türkiyənin Antalya şəhərində Avropa Muay Tay Federasiyasının təşkilatçılığı ilə, Beynəlxalq Açıq Antalya Kuboku keçirilib. 20 ölkədən 300-dən artıq idmançının iştirak etdiyi yarışa, Türkiyə, Azərbaycan, İran, Yunanıstan, Gürcüstan, Fələstin, Rusiya və Polşa komanda şəklində, Türkmənistan, Qırğızıstan, Bosniya və Herseqovina, Litva, İraq, Qazaxıstan, Tayland, Almaniya, Haiti, Pakistan və Bolqarıstandan isə fərdi şəkildə qatılıblar.

Milli komandamız bu yarışda 17 idmançı ilə təmsil olunub.

17 idmançıdan biri, Qərb Universitetinin İdman Klubunun üzvü Mustafayev İlkin, İranlı və Yunan rəqibini məğlub etdikdən sonra finalda II yeri qazanıb.



Qərb Universiteti idman klubunun üzvü Mustafayev İlkinin də payı olduğu ümumi komanda hesabında milli komandamız 4 qızıl, 8 gümüş və 5 bürünc medalla II yeri qazanıb.