“Barselona”nın hücumçusu Lionel Messi bu gün FİFA-nın 2016-cı ilin yekunlarına həsr olunan mükafatlandırma mərasimində iştirak etməyəcək. “Barselona”nın hücumçusu Lionel Messi bu gün FİFA-nın 2016-cı ilin yekunlarına həsr olunan mükafatlandırma mərasimində iştirak etməyəcək.

Messi FİFA-nın mükafatından imtina etdi

“Barselona”nın hücumçusu Lionel Messi bu gün FİFA-nın 2016-cı ilin yekunlarına həsr olunan mükafatlandırma mərasimində iştirak etməyəcək.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, argentinalı oyunçu ilin ən yaxşı futbolçusu adına üç namizəddən biridir. Messi ilə yanaşı Barsadan mərasimə dəvət alan Jerar Pike, Andres İnyesta və Luis Suares də tədbirə qatılmayacaq.

Klubdan bildirilib ki, onların mərasimə getməməsinin səbəbi yanvarın 11-də ölkə kubokunda "Atletik"ə qarşı keçiriləcək oyuna hazırlıqla əlaqədardır.

2016-cı ildən başlayaraq “France football” nəşri ilin futboluçuna “Qızıl top”, FİFA isə “The Best” adlı öz mükafatını verir.

“France football”un sorğusunda Kriştiano Ronaldo birinci olub. FİFA-nın versiyasına görə isə qalib adına üç namizəd var: Ronaldo, Messi və Antuan Qrizmann.