Antalyada təlim-məşq toplanışı keçmək üçün bu gün Türkiyəyə yollanmalı olan "Qəbələ" problemlə üzləşib. Antalyada təlim-məşq toplanışı keçmək üçün bu gün Türkiyəyə yollanmalı olan "Qəbələ" problemlə üzləşib.

“Qəbələ” Türkiyəyə gedə bilmədi - Səbəb

Antalyada təlim-məşq toplanışı keçmək üçün bu gün Türkiyəyə yollanmalı olan "Qəbələ" problemlə üzləşib.

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, "qırmızı-qaralar"ın səhər saatlarında qardaş ölkəyə səfəri nəzərdə tutulsa da, bu, baş verməyib.

Buna isə Türkiyədə əlverişsiz hava şəraitinin hökm sürməsi səbəb olub. Bu səbəbdən İstanbul uçuşları təxirə salıb.

Nəticədə 07:55-də uçuşa hazırlaşan komanda üzvləri hava limanından geri qayıtmağa məcbur olub.

"Qəbələ"nin təxirə salınan səfəri axşam 20:50-də gerçəkləşəcək.