Fənərbaxça futbol klubunun muzeyində saxlanılan çempionluq kuboklarından biri oğurlanıb. Fənərbaxça futbol klubunun muzeyində saxlanılan çempionluq kuboklarından biri oğurlanıb.

Trabzonspor fanatı Fənərbaxçanın kubokunu oğurladı - Neçə ildir bu kuboku gözləyirik

Fənərbaxça futbol klubunun muzeyində saxlanılan çempionluq kuboklarından biri oğurlanıb.

AzNews.az yerli KİV-ə istinadən xəbər verir ki, Fənərbaxçanın stadionunda 38 yaşlı Trabzonspor fanatı Halit Şahin Fenerium mağazasındakı şüşə vitrini başıyla qıraraq kuboku götürüb qaçarkən mühafizə əməkdaşları onu tutub.

Şahidlərin sözlərinə görə, azarkeş şüşəni sındırarkən “Neçə ildir bu kuboku gözləyirik” deyə qışqırıb.

Trabzonda yaşayan Halit Şahin polis tərəfindən nəzarətə götürülüb.