Azərbaycanın tanınmış futbolçusu Faiq Cabbarovun ölümü ilə bağlı məlumat yayılıb. Azərbaycanın tanınmış futbolçusu Faiq Cabbarovun ölümü ilə bağlı məlumat yayılıb.

Azərbaycan yığmasının sabiq futbolçusu ölüb? - Açıqlama

Azərbaycanın tanınmış futbolçusu Faiq Cabbarovun ölümü ilə bağlı məlumat yayılıb.

Lent.az xəbər verir ki, idman mətbuatında "Kəpəz"in sabiq müdafiəçisinin cəsədinin küçədən tapılması barədə xəbər verilib. Bəzi saytlar isə onun yatıb, oyanmadığını bildiriblər. Gəncə şəhər Polis İdarəsindən isə F.Cabbarovun itkin düşməsi ilə bağlı müraciət daxil olduğu bildirilib.

Faiq Cabbarovun qardaşı Sədi Cabbarov isə Lent.az-a açıqlamasında qardaşının sağ-salamat olduğunu deyib: “Bilmirəm, bu xəbərləri kim yayır. Faiq yaxşıdı, Samuxda obyekt işlədir. Hər şey qaydasındadır. Mənə AFFA-dan da zəng etmişdilər, Mikayıl müəllim yığmışdı. Amma məni daha çox narahat edən Faiq kimi veteran futbolçuya indiyə kimi dəyər verilməməsidir".

Qeyd edək ki, Faiq Cabbarov müxtəlif illərdə "Kəpəz", "Avtomobilçi", "Neftçi", "Şəmkir" kimi komandaların formasını geyib. Sabiq müdafiəçi 1993 - 1998-ci illərdə Azərbaycan yığmasında da oynayıb. F.Cabbarov bu müddətdə 21 matça çıxıb və qol vurmayıb. Bundan əlavə 1997-ci ildə Azərbaycanda ilin futbolçusu seçilib. Məşqçi karyerasında isə son iş yeri 2010-2011 mövsümündə fəaliyyətini bərpa edən "Şəmkir" olub.

Bildirilir ki, F.Cabbarovun mobil telefon işlətmədiyi bildirilir, onun kimsəylə əlaqə saxlamaması məsələni mürəkkəbləşdirir.

AzNews.az