Milli komandamızın qapıçısı Kamran Ağayev karyerasını ölkə daxilində davam etdirəcək. Apasport.az saytının əldə etdiyi məlumata görə, "qolkiper" "Neftçi"də çıxış edəcək. Milli komandamızın qapıçısı Kamran Ağayev karyerasını ölkə daxilində davam etdirəcək. Apasport.az saytının əldə etdiyi məlumata görə, "qolkiper" "Neftçi"də çıxış edəcək.

Kamran Ağayev “Neftçi”də çıxış edəcək

Milli komandamızın qapıçısı Kamran Ağayev karyerasını ölkə daxilində davam etdirəcək. Apasport.az saytının əldə etdiyi məlumata görə, "qolkiper" "Neftçi"də çıxış edəcək.

AzNews.az Apasport.az-a istinadən xəbər verir ki, artıq tərəflər arasında razılıq əldə olunub. “Ağ-qaralar” bu keçidə görə “Boavişta”ya müəyyən məbləğ ödəyəcək.

“Çərçivə qoruyucusu”nun qısa zamanda paytaxt təmsilçisinin sıralarına qoşulacağı gözlənilir.

Qeyd edək ki, hazırda Portuqaliyanın “Boavişta” klubunda çıxış edən Ağayev bir neçə dəfə ölkəyə qayıtmaq istədiyini açıqlayıb.