Bu gün Portuqaliya çempionatında 22-ci turun oyunları keçiriləcək. Milli komandamızın üzvləri Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" səfərdə "Feyrenşe" ilə qarşılaşacaq. Yığmamızın qapıçısının bu matçda da meydana çıxması sual altındadır. Bu gün Portuqaliya çempionatında 22-ci turun oyunları keçiriləcək. Milli komandamızın üzvləri Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" səfərdə "Feyrenşe" ilə qarşılaşacaq. Yığmamızın qapıçısının bu matçda da meydana çıxması sual altındadır.

Kamran Ağayev "Boavişta"nı tərk edir

Bu gün Portuqaliya çempionatında 22-ci turun oyunları keçiriləcək. Milli komandamızın üzvləri Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" səfərdə "Feyrenşe" ilə qarşılaşacaq. Yığmamızın qapıçısının bu matçda da meydana çıxması sual altındadır.

AzNews.az xəbər verir ki, Ağayev CBC Sport-a açıqlamasında bu haqda məlumat verib: "18-liyə" düşəcəyim belə sual altındadır. Çünki bir az ağrılarım var. Ağrılarıma görə, normal məşq edə bilmirəm. Ona görə, ola bilər heyətdən kənar qalım. Bir az toparlanmam lazımdır".

Həmyerlimiz hazırda "Boavişta"nın "1 nömrəsi"nə çevirilmiş Vaqner da Silvanın əvəzləməyin çətin olacağını deyir. Mövsümün sonunda müqaviləsi başa çatacaq Kamran Portuqaliya klubunda qalmayacaq: "Təbii ki, müqaviləni uzatmaq istəmirəm. Bundan sonra komandada oynamağım, əsas heyətdə meydana çıxmağım çox çətin olacaq. Menecerimlə əlaqə saxlaycam, o nə məsləhət görsə, elə edəcəyik. Yəni onlara başa saldım ki oynamadığıma görə, müqaviləni uzatmayacam. Məlumdur ki, oynamağım çox çətin olacaq. Yəqin ki, ehtiyatda oturacam. Təbii ki, rəqabət aparacam. Amma bu günkü gündə reallıq budur ki, ehtiyatda qalacam".

Yığmamızın qapıçısı TOP-5 ölkələri klublarının birindən təklif aldığını ancaq "Boavişta"nın buna görə, çox pul istədiyini deyib: "Transfer pəncərəsi açıq olan vaxt yaxşı komandalardan təkliflər var idi. "Boavişta" böyük məbləğ istədi, gedişimə görə. Ona görə başqa kluba keçə bilmədim.