- Köhnə - İdman
- 19 Fevral 2017 21:18
- 4 731
Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokundan yaddaqalan anlar - Fotolar
Fevralın 18-19-da Bakıda batut gimnastikası və tamblinq üzrə FIG Dünya Kuboku keçirilib.
AzNews.az Trend-ə istinadən xəbər verir ki, Dünya Kubokunda 15 ölkədən 85 gimnast iştirak edib.
Azərbaycan gimnastları yarışları 3 medalla başa vurublar. Mixail Malkin tamblinq cığırında, Svetlana Makştarova və Veronika Zemlyanaya batut üzrə sinxron çıxışlarda, İlya Qrişunin isə batut üzrə fərdi proqramda gümüş medal qazanıblar.