00:34
(077) 610-22-33

Kamran Ağayevə oynamaq qadağan edildi

  • >
3 543 22 Fevral 2017 17:47 | İdman

Millimizin üzvü Kamran Ağayev "Boavişta"nın növbəti oyununda da iştirak edə bilməyəcək.

AzNews.az qafqazinfo-ya istinadən xəbər verir ki, cəza müddəti başa çatdıqdan sonra əsas heyətdə yerini itirən futbolçu ötən gün tibbi müayinədən keçib.

Müayinədən sonra 31 yaşlı qolkiperin əzələsində problem olduğu üzə çıxıb. Həkimlər onun həftəsonu XXIII tur oyununda meydana çıxmamasını məsləhət görüblər.

Qeyd edək ki, "Boavişta" növbəti tur çərçivəsində fevralın 26-da öz meydanında "Portu"nu qəbul edəcək.

Bağla X