Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start verilib. Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start verilib.

"Fənərbaxça" mübarizəni dayandırdı

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarına start verilib.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, qarşılaşmalar 2 günü əhatə edir. İlk oyun günündə 3 görüş keçirilib.

Türkiyənin “Fənərbaxça” klubu öz meydanında “Krasnodar”ı qəbul edib. Səfərdə Rusiya klubuna 0:1 hesabı ilə uduzan İstanbul təmsilçisi cavab qarşılaşmasında 1:1 hesablı heç-heçə edərək turnirdə mübarizəni dayandırıb.

Qrup mərhələsində “Qarabağ”la mübarizə aparan PAOK səfərdə “Şalke” ilə qarşılaşıb və bərabərə qalıb - 1:1 . İlk oyunda öz meydanında almanlara 3 cavabsız qolla uduzan Yunanıstan klubu mərhələ adlaya bilməyib.

Digər oyunda isə “Mançester Yunayted” “Sent-Etyen”in qonağı olub. İlk matçda qalib gələn (3:0) "MY" cavab görüşündə də 1: hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.

Qeyd edək ki, mərhələnin digər oyunları sabah keçiriləcək.