08:42
(077) 610-22-33

Milliyə çağrılan Almeyda özünə Azərbaycan adı götürəcəkmi?

  • >
2 620 1 Mart 2017 19:24 | İdman

Qarabağ"ın milliləşdirilərək yığma komandamıza cəlb olunacaq braziliyalı futbolçusu Riçard Almeydanın Azərbaycan vətəndaşlığı aldıqdan sonra özünə Azərbaycan adı və ya soyadı götürəcəyi məsələsi müzakirə olunur.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu bildirib ki, bu məsələ futbolçunun istəyindən asılıdır:

"Bu, futboçunun şəxsi işidir. FİFA-nın tələblərinə uyğun şəkildə həll olunmuş məsələdir. Almeyda sırf qanun çərçivəsində milliləşdirilir. Saxta yolla olanda hansısa ad dəyişməsi ola bilər. Qeyd etdiyim kimi, bu cür məsələlər futbolçunun istəyindən asılıdır. O, ad və ya soyadını dəyişməsi ilə bağlı isə bizə nəsə deməyib və sənədləşdirmə işlərində də bununla bağlı nəsə yoxdur”.

“Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib ki, Almeyda özünə Azərbaycan adı və ya soyadı götürməsi ilə bağlı onlara hər hansı söz deməyib.

Futbolçuya yaxın olan şəxslərdən biri də Almeyda özünə Azərbaycan adı və ya soyadı götürmək fikrində olmadığını deyib.

Bağla X