10:34
(077) 610-22-33

“Heç bir klubla müqavilə bağlamamışam”

  • >
273 1 Fevral 2013 11:36 | İdman

“Həm milli komanda, həm də klublarımız bir-birini nəzərə almalıdır. Çempionatda ikinci dövrənin oyunları başlayanda gərgin mübarizə gedəcək"



Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri millimizin sabiq baş məşqçisi Şahin Diniyev klublarımızın təlim-məşq toplanışının getdiyi bir vaxtda milli komandamızın da hazırlıq prosesi keçməsinə münasibət açıqlayarkən deyib.


O xatırladaq ki, Dubay toplanışında millimiz Lixtenşteyn və Özbəkistan komandaları ilə qarşılaşacaq: "Ona görə də hər iki tərəfə - həm milliyə, həm də klublara yoldaşlıq oyunu vacibdir".

Azərbaycan klublarınən qış transferlərinin səviyyəsi ilə bağlı Qol.Az-ın sualını cavablandırarkən Ş.Diniyev qeyd edib ki, hazırda yaxşı, eyni zamanda azad statuslu futbolçu tapmaq çətindir: "Ya gərək müqaviləsi olan futbolçunu yüksək məbləğə transfer edəsən, ya da azad agent olan zəif fulbolçu alasan".

UEFA-nın Azərbaycan klublarının transfer siyasətinin doğru olmaması, transferlərə yersiz yerə çox pul xərcləməsi haqda mövqeyinə də toxunan Ş.Diniyev deyib: "UEFA faktlar əsasında danışır. Bunu boş yerə demir. Həqiqətən də Azərbaycan klublarının transfer etdiyi futbolçular yaşlı və ya perspektivi olmayanlardır. Həmin futbolçuları son oynamaq yeri Azərbaycan olur. Ona görə sonra o futbolçunu hansısa kluba satmaq mümkün olmur. UEFA da bunları nəzərə alıb. İndi klublarımız nəticəyə oynayır. Ona görə təcrübəli futbolçular alırlar ki, bu gün onlara kömək etsin. Sonrasını düşünmürlər. Ancaq Avropada bu belə deyil. Hətta 16 yaşlı futbolçu ilə də müqavilə bağlayırlar və bunu gələcəyə atılmış addım kimi qiymətləndirirlər".

Ş.Diniyev son vaxtlar "Rəvan"a baş məşqçi gələcəyilə bağlı yayılan fikirlərə də aydınlıq gətirib: "Mən həmişə səmimi olmuşam. İndi sizinlə də səmimiyəm. Futbol bazardır. Çox məlumatlar yayıla bilər. Mənə elə gəlir ki, futbolçu və ya baş məşqçi müqaviləyə qol çəkdikdən sonra deyə bilər ki, mən bu komandanın üzvüyəm. Buna qədər olan bütün proseslər hamısı piardır. Çox söz ola bilər. Ancaq hazırda mən heç bir klubla müqavilə bağlamamışam".
Bağla X