19:27
(077) 610-22-33

“Deportivo”da oynayıb, “Xəzər Lənkəran”a gəldi

  • >
208 1 Fevral 2013 15:30 | İdman

Antalya hazırlıqlarını yekunlaşdırmaq üzrə olan “Xəzər Lənkəran”ın düşərgəsinə daha bir legioner gəlib.





Apasport.az saytının xəbərinə görə, hücum xəttini gücləndirməyə çalışan cənub təmsilçisi qvatemalalı Henri Lopesi geri qaytardıqdan sonra daha bir mərkəzi amerikalını baxışa çağırıb.

Belə ki, günorta saatlarında "ağ-yaşıllar"ın məskunlaşdığı otelə Kosta-Rikada oynamış futbolçu təşrif buyurub. 28 yaşlı Vilyam Filips Farleyin son klubu "Limon" olub.

Karyerası vətəninə bağlı olan Vilyam 2010/11 mövsümündə 3 klubda – "Munisipial" (1 oyun, 90 dəqiqə), "Barrio" (12 oyun, 806 dəqiqə, 4 qol, 1 sarı, 1 qırmızı) və "Deportivo"da (6 oyun, 180 dəqiqə, 1 sarı) oynayıb.

Hücumçu 2011/12 mövsümündə "Puntarenas" (3 oyun, 127 dəqiqə) və "Limon (3 oyun, 155 dəqiqə) çıxış edib. Filips ümumilikdə 10-u start heyətində olmaqla 25 oyun keçirib və 1358 dəqiqə meydanda olub.

AzNews.az
Bağla X