02:42
(077) 610-22-33

Millimizdə itkilər

  • >
1 586 21 Mart 12:48 | İdman

Azərbaycan milli komandası Almaniya yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı ərəfəsində iki futbolçu itkisi ilə üzləşib.

"Report"un məlumatına görə, "Neftçi"dən dəvət edilmiş Ruslan Abışov və Namik Ələskərov zədəli olduqları üçün millinin düşərgəsindən ayrılıblar.

Onlar hazırda təlim-məşq toplanışında olan komandanı tərk ediblər. Bununla da millidə "Neftçi"nin heç bir oyunçusu qalmayıb.

Qeyd edək ki, martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 20:00-da başlanacaq.

AzNews.az

Bağla X