Türkiyənin "Beşiktaş" klubu mövsümün sonunda Ermənistan milli komandasının futbolçusu Aras Özbilislə yollarını ayıracaq. Türkiyənin "Beşiktaş" klubu mövsümün sonunda Ermənistan milli komandasının futbolçusu Aras Özbilislə yollarını ayıracaq.

"Beşiktaş" klubu erməni futbolçu ilə yollarını ayıracaq

Türkiyənin "Beşiktaş" klubu mövsümün sonunda Ermənistan milli komandasının futbolçusu Aras Özbilislə yollarını ayıracaq.

"Report"un "Milliyet"ə istinadən verdiyi məlumata görə, buna səbəb 27 yaşlı yarımmüdafiəçinin uzun müddət zədəli olması və ümidləri doğrultmamasıdır.

2015-c ilin yanvarında Moskvanın "Spartak" klubundan 1 milyon avro qarşılığında İstanbul təmsilçisinə transfer olunan və İspaniyanın "Rayo Valyekano" klubuna icarəyə verilən A.Özbilisin cari mövsümdə 5 görüşdə forma geyinməsi "Beşiktaş" rəhbərliyini qane etmir. Bu səbəbdən erməni futbolçu komandadan göndəriləcək.

Qeyd edək ki, A.Özbilisin "Beşiktaş"la 2020-ci ilə qədər müqaviləsi var.