19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Rusiyanın Soçi şəhərində təşkil olunmuş “Kuban baharı” turnirində bu gün növbəti matçını keçirib. 19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Rusiyanın Soçi şəhərində təşkil olunmuş “Kuban baharı” turnirində bu gün növbəti matçını keçirib.

Millimiz qələbə qazandı

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Rusiyanın Soçi şəhərində təşkil olunmuş “Kuban baharı” turnirində bu gün növbəti matçını keçirib.

Apasport.az saytının məlumatına görə, təmsilçimiz 5-8-ci yerlər uğrunda matçda Krasnodar vilayətinin yığma komandası ilə qarşılaşıb.

Görüş millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın qollarını Merve Özdemir və Vüsalə Seyfətdinova vurub.

Qeyd edək ki, yığmamız 5-ci yer uğrunda Qazaxıstanla ilə üz-üzə gələcək.

AzNews.az