“Qəribədir ki, bu xəbər Azərbaycan və Almaniya yığmaları arasında keçiriləcək matç ərəfəsində dərc edilib, hərçənd Renat Dadaşovun Azərbaycanı dəstəkləməyə razılıq verdiyi bir neçə ay əvvəl elan edilmişdi." “Qəribədir ki, bu xəbər Azərbaycan və Almaniya yığmaları arasında keçiriləcək matç ərəfəsində dərc edilib, hərçənd Renat Dadaşovun Azərbaycanı dəstəkləməyə razılıq verdiyi bir neçə ay əvvəl elan edilmişdi."

"Renat Dadaşov üçün milyon dollar" xəbərinə AFFA-dan reaksiya: "Yalandır"

“Qəribədir ki, bu xəbər Azərbaycan və Almaniya yığmaları arasında keçiriləcək matç ərəfəsində dərc edilib, hərçənd Renat Dadaşovun Azərbaycanı dəstəkləməyə razılıq verdiyi bir neçə ay əvvəl elan edilmişdi."

AzNews.az haqqin.az-a istinadən xəbər verir ki, AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu bu informasiyanın həqiqətə uyğun olmadığını açıqlayıb:

"Xatırlatmaq istəyirəm ki, bir müddət əvvəl AFFA-nın növbəti konfransı keçirilib və orada Assosiasiyanın xərcləri və gəlirləri elan edilib. Yəni hamı AFFA-nın vəsaitlərinin hara xərcləndiyinə əmin olmaq imkanına malik idi".

Xatırladaq ki, Almaniyanın məşhur “Bild” nəşri millimizi seçən Renat Dadaşovla bağlı şok iddia irəli sürüb. İddiada deyilir: “Renat Dadaşov kimi futbolçunun Azərbaycan millisini seçməsi qəribədir. O, 17 yaşlı istedadlı futbolçudur, Almaniyada daha parlaq karyerası ola bilərdi. Çünki o, Almaniyanın 17 yaşlılardan ibarət millisində uğurlu çıxış edirdi, özünü yaxşı tərəfdən göstərmişdi. Onun Azərbaycan millisini seçməsində pul böyük rol oynayıb. O, 1 milyon dollar və ev qarşılığında Azərbaycan millisini seçib. “Leyptsiq”da ayına 2500 avro alan futbolçu böyük pullar qazanmaq üçün Azərbaycan millisində oynamağa razılıq verib”.

Qeyd edək ki, Renat Dadaşov sabah keçiriləcək Azərbaycan - Almaniya matçında millimizin heyətində debüt edə bilər.