Almaniya milli komandası Azərbaycan yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçından öncə məşqə çıxıb. Almaniya milli komandası Azərbaycan yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçından öncə məşqə çıxıb.

Almaniya millisi Respublika stadionunda məşq etdi - Fotolar

Almaniya milli komandası Azərbaycan yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçından öncə məşqə çıxıb.

AzNews.az Report-a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub. Çalışmalara Bakıya gələn 21 futbolçunun hamısı qatılıb. Onların arasında İngiltərə ilə yoldaşlıq görüşündə iştirak etməyən 4 oyunçu, o cümlədən, Məsut Özil də olub. Komanda üzvlərinin hamısı baş məşqçi Yoahim Lövün tapşırqlarına uyğun müxtəlif fiziki təmrinləri yerinə yetiriblər. Açıq məşqi 200-dək şəxs, o cümlədən, çoxsaylı jurnalistlər izləyib.

image description image description image description image description image description image description