Almaniya və Azərbaycanın futbol üzrə yığma komandaları arasında baş tutan görüş 4:1 hesabı ilə başa çatıb. Almaniya və Azərbaycanın futbol üzrə yığma komandaları arasında baş tutan görüş 4:1 hesabı ilə başa çatıb.

Almaniya-Azərbaycan 4:1+VİDEO (Yenilənib)

Almaniya və Azərbaycanın futbol üzrə yığma komandaları arasında baş tutan görüş 4:1 hesabı ilə başa çatıb.

"Report"un məlumatına görə, Azərbaycan millisindən yeganə qolu 31-ci dəqiqədə Əfran İsmayılovun ötürməsindən sonra Dmitri Nazarov vurub. Almaniya yığmasının heyətində isə 19-cu və 81-ci dəqiqədə Andre Şürrle, 36-cı dəqiqədə Tomas Müller, 45-ci dəqiqədə Mario Qomes fərqlənib.

Bununla da xallarını 15-ə çatdıran Bundestim qrupda itkisiz liderliyini davam etdirib. 7 xala malik Azərbaycan yığması isə 4-cü pilləyə enib. Buna qrupun paralel keçən görüşündə Çexiyanın səfərdə San-Marinonu 6:0 hesabı ilə darmadağın edərək, xallarını 8-ə çatdırması və 7 xalı olan Şimali İrlandiyanı 3-cü pilləyə endirməsi səbəb olub.

2018-ci il dünya çempionatının seçmə mərhələsi

C qrupu

26 mart

20:00 Azərbaycan - Almaniya - 1:4

Qollar: Dmitri Nazarov, 31 - Andre Şürrle, 19; 81. Tomas Müller, 36. Mario Qomes, 45

Hakimlər: Daniele Orsato, Mauro Tonolini, Riccardo Di Fiore, Marko Guida (hakimlər briqadası İtaliyadandır)

Komissar: Adrian İksari (Moldova)

Hakim-inspektor: Aleksey Spirin (Rusiya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

***

20:38

AzNews.az xəbər verir ki, oyun 2-1 hesabı ilə Almaniya yığmasının xeyrinədir.

Hesabı Almaniya yığmasının üzvü Adre Şürrle 20-ci dəqiqədə açıb. Azərbaycan yığmasının üzvü Dimitri Nazarov 31-ci dəqiqədə hesabı bərabərləşdirib.Almaniya yığmasının ikinci qolunu Tomas Müller 35-ci dəqiqədə vurub.