Türkiyənin Galatasaray futbol klubunun ölkədən qaçan üzvü Hakan Şükür və Arif Erdem klubun üzvlüyündən kənarlaşdırılıblar. Türkiyənin Galatasaray futbol klubunun ölkədən qaçan üzvü Hakan Şükür və Arif Erdem klubun üzvlüyündən kənarlaşdırılıblar.

Türkiyənin futbol ulduzu Hakan Şükür Galatasaraydan uzaqlaşdırıldı- FETÖ-la əlaqələrinə görə

Türkiyənin Galatasaray futbol klubunun ölkədən qaçan üzvü Hakan Şükür və Arif Erdem klubun üzvlüyündən kənarlaşdırılıblar.

AzNews.az yerli mətbuata istinadən xəbər verir ki, FETÖ təşkilatı ilə əlaqələrinə görə haqqında aparılan araşdırmaların davam etdiyi bir vaxtda ölkədən qaçan Hakan Şükürün klubdan kənarlaşdırılmaması məsələsi Tükiyə hakimiyyətinin narazılığı ilə nəticələnmişdi. Belə ki, Türkiyənin Gənclər və İdman naziri Akif Gağatay Kılıç əfsanəvi futbolçunun klubdan kənarlaşdırılmaması ilə bağlı rəhbərliyinin qərarını səhv addım adlandırıb:

“Klub rəhbərliyi bu qərarı galatasaraylılara izah edə biməyəcək.”

Bu açıqlamadan sonra Galatasaray futbol klubunun idarə heyətinin üzvləri təcili toplantı keçiriblər. Məlum olub ki, Hakan Şükür və Arif Erdem təxminən 8 ildir ki, klub üzvlüyünə görə abunəlik haqqını ödəmirlər. Buna görə də hər iki futbolçunun klub üzvlüyündən məhrum edilməsi barədə qərar çıxarılıb. Qərarın ardınca öz instagram səhifəsindən “İstefa etdim” yazan Hakan Şükürün klub rəhbərliyinə zəng edərək borcunu ödməyə hazır olduğu barədə xəbərlər yayılıb.

Qərarı dəstəkləyən Türkiyənin Gənclər və İdman naziri “Millətimizə, vətənimizə, dövlətimizə xəyanət edənlərlə birlikdə olduqlarını bəyan edən, ölkədən qaçan şəxslərin klublarımızda yeri yoxdur”-deyib.