İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnir başa çatıb. İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnir başa çatıb.

İdmançılarımız 1 qızıl və 2 bürünc medalla qayıdır

İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnir başa çatıb.





Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, turnirdə iştirak edən yunan-Roma güləşi üzrə yığmamızın üzvləri 1 qızıl və 2 bürünc medal qazanıb.
66 kq-da mübarizə aparan Rəsul Çunayev finalada iranlı Məhəmməd Kərimini aşkar üstünlüklə (3:0, 1:0) məğlub edib və turnirin qızıl medalını qazanıb.


London olimpiadasından sonra məşqlərə xeyli ara vermiş Vitali Rəhimovun (66 kq) yeni mövsümdə ilk sınağı uğurlu olub. Güləşçimiz bürünc mükafat uğrunda mübarizədə yerli idmançı Atakan Yükseli məğlub edib.
74 kq-da Niyaməddin İbrahimov 3-cü yer uğrunda mübarizədə Rusiya əsilli erməni güləşçi Qarik Babayan üzərində qələbə qazanıb.
66 kq-da digər təmsilçimiz Rüstəm Əliyev bürünc medal görüşündə belaruslu Qardaş Yaraslauya uduzub və beşinci olub. Eyni qaydada Radomir Petkoviç (120 kq) də bürünc medal şansını əldən verib.

AzNews.az