Aprelin 20-də 1993-cü il təvəllüdlü Musayev Ülvi elə futbol meydançasındaca canını tapşırıb. Aprelin 20-də 1993-cü il təvəllüdlü Musayev Ülvi elə futbol meydançasındaca canını tapşırıb.

23 yaşlı gənc futbol meydanında can verdi - Bakıda

Aprelin 20-də 1993-cü il təvəllüdlü Musayev Ülvi elə futbol meydançasındaca canını tapşırıb.

BiG.AZ-ın əldə etdiyi məlumata görə, Nərimanov rayonu ərazisində yaşayan Ü.Musayev stadiona futbol oynamağa gedib. Gərgin oyun ərəfəsində gəncin ürəyi fiziki yükə dözməyib.

İlkin ekspertizanın nəticəsində məlum olub ki, Ülvinin ölümünə səbəb qəfil ürək tutması olub.

AzNews.az