03:19
(077) 610-22-33

Berti Foqts: “Azərbaycan millisində rəqabət artır“

  • >
221 5 Fevral 2013 17:04 | İdman

Azərbaycan millisində rəqabət artır.Bunu Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Dubay şəhərində keçirdiyi mətbuat konfransında deyib.




"Futbolçuların həvəslə məşq etməsi məni sevindirir. Bir neçə təcrübəli futbolçu təlim-məşq toplanışına cəlb olunmayıb. Onların əvəzinə gənc oyunçularla gəlmişik. Bu da rəqabətin artmasından xəbər verir", - Foqts bildirib.


O qeyd edib ki, Azərbaycan millisi mart ayında iki çətin oyunda qüvvəsini sınayacaq. "Ona görə də millinin tərkibi geniş olmalıdır. Bu təlim-məşq toplanışı bəzi futbolçular üçün son şansdır və bu barədə onlara məlumat vermişəm. Mən futbolçunun məşqdəki hazırlığından sonra qərar qəbul edirəm", - o deyib.

Alman baş məşqçinin sözlərinə görə, futbolçu üçün iki məqsəd var: oyuna qələbə əzmi ilə çıxmaq və qələbə qazanmaq.
"Bu iki amili dərk etsələr, inkişaf olacaq. Sevindirici haldır ki, bu gün milliyə gənc futbolçular dəvət olunurlar. Bu, aşağı yaş qrupu üzrə yığma komandalarda işlərin düzgün qurulduğunu göstərir", - o deyib.

Bağla X