Aprelin 20-də Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatına start verilib. Aprelin 20-də Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatına start verilib.

Cüdoçularımız Avropa çempionatında medal qazandı

Aprelin 20-də Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatına start verilib.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, yarışın ilk günündə Azərbaycan milli komandasının dörd üzvü tatami üzərinə çıxıb. Onlardan ikisi aktivinə medal yazdırıb. Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) Avropa çempionatının bürünc medallarına sahib olublar.

Digər cüdoçularımız Aişə Qurbanlı (48 kq) və Nəzakət Əzizova (52 kq) isə mübarizəni erkən dayandırıblar.

Xatırladaq ki, aprelin 21-də daha üç cüdoçumuz - Rüstəm