İtaliya A seriyasının oyunlarında yeni mövsümdən videotəkrardan istifadə olunacaq. İtaliya A seriyasının oyunlarında yeni mövsümdən videotəkrardan istifadə olunacaq.

Futbol azarkeşlərinə şad xəbər - videotəkrardan istifadə olunacaq

İtaliya A seriyasının oyunlarında yeni mövsümdən videotəkrardan istifadə olunacaq.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə İtaliya Hakimlər Komitəsinin sədri Marsello Nikki məlumat verib:

"Bundan əvvəl videotəkrardan 2018/2019 mövsümündən etibarən istifadə etməyi planlaşdırırdıq. Ancaq sonra bu tətbiqin istifadəsini sürətləndirməyə qərar verdik".