Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev “Jilina” ilə birgə Slovakiya çempionu olub. Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev “Jilina” ilə birgə Slovakiya çempionu olub.

Şeydayev Slovakiya çempionu oldu

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev “Jilina” ilə birgə Slovakiya çempionu olub.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, futbolçumuzun komandası bu gün 26-cı turda səfərdə ən yaxın izləyicisi “Slovan”a 1:0 hesabı ilə qalib gələrək növbəti çempionluğu rəsmiləşdirib. Bu matçda o, 90 dəqiqə meydanda olub, 65-ci dəqiqədə sarı vərəqə alıb.

Hazırda “Jilina” 61 xalla liderdir, “Slovan” isə 48 xalla ikincidir. Ramilin komandasının ehtiyatda 5, “Slovan”ın isə 4 oyunu qaldığını nəzərə alsaq, bundan sonrakı bütün matçların nəticəsindən asılı olmayaraq “Jilina” birinciliyi qoruyacaq.