Sezonunun əvvəlində 500 min avro qarşılığında Victoria Plzen'den “Gaziantepsor” futbol klubuna transfer olan çexiyalı futbolçu Frantisek Rajtoral intihar edib. Sezonunun əvvəlində 500 min avro qarşılığında Victoria Plzen'den “Gaziantepsor” futbol klubuna transfer olan çexiyalı futbolçu Frantisek Rajtoral intihar edib.

Türkiyədə 500 min avroluq futbolçu intihar edib- Sevgilisinə görə (Təfərrüat)

Sezonunun əvvəlində 500 min avro qarşılığında Victoria Plzen'den “Gaziantepsor” futbol klubuna transfer olan çexiyalı futbolçu Frantisek Rajtoral intihar edib.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, futbolçunun meyiti dünən axşam saatlarında təmsil etdiyi klubun rəhbərliyi tərəfindən tapılıb. Hadisə yerinə gələn polis əməkdaşları çexiyalı futbolçunun cibindən çex dilində yazılmış kağız parçası tapılıb. Kağızda Rajtoral borcu olduğu insanların adlarını yazıbmış.

Çexiya mətbuatı isə Frantisek Rajtoralın həddindən artıq yorğun olması səbəbindən intihar etdiyini yazıb.

İlkin məlumata görə, “Gaziantepsor”un 31 yaşlı çexiyalı futbolçusu Frantisek Rajtoralın intihar etməsinə səbəb sevgilisi olub. Futbolçunun sevdiyi xanımla olan problemləri varmış.