- Köhnə - İdman
- 24 Aprel 2017 15:08
- 3 511
Güləşçimiz Qazaxıstanda bürünc medal qazandı
Qazaxıstanın Çimkənd şəhərində akademik Safarbayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə XXIV beynəlxalq turnir keçirilib.
Azərbaycan Güləş Federasiyasından AzNews.az-a verilən məlumata görə, 3 güləşçi ilə turnirdə iştirak edən yığma komandamızın üzvləri 1 bürünc medal qazanıb.
66 kq çəki dərəcəsində mübarizə aparan Azad Əliyev fəxri kürsüdə yer alaraq turnirin bürünc medalına sahib olub.